Xəbərlər


"Gəncə Avtomobil Zavodu" İB uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq müqaviləsi imazaladı.
11.02.15

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) və Minsk Traktor Zavodunun bazasında yaradılan “MTZ-Holdinq” arasında uzunmüddətli tərəfdaşlıq haqqında strateji saziş və qarşılıqlı əməkdaşlıq müqaviləsi imazalanıb. Bu barədə məlumatı "Gəncə Avtomobil Zavodu" İB-nın mətbuat xidməti yayıb. Verilən məlumata görə Belarusun Azərbaycandakı səfirliyində keçirilən mərasımdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinə və üçüncü ölkələrin bazarlarına çıxmağa imkan verən 3 sənəd imzalanıb. Sənədləri "Gəncə Avtomobil Zavodu" İB-nin direktoru Kamran Nəzərov və “MTZ-Holdinq”in baş direktoru Fyodor Domotenko imzalayıblar.

Mərasimdə Belarus səfiri Nikolay Patskeviç bildirib ki, Azərbaycan və Belarusun maşınqayırma müəssisələri arasında əlaqələrin inkişafı ölkələr arasındakı münasibətlərin strateji xarakter daşıdığına sübutdur.

Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyevin isə öz növbəsində qeyd edib ki,  müəssisələr arasında strateji sazişlərin imzalanmasında məqsəd “MTZ-Holdinq”in Gəncə Avtomobil Zavodunda yığılan məhsullarının üçüncü ölkələrin bazarlarına çıxışını təmin etməkdir.

“MTZ-Holdinq”in baş direktoru Fyodor Domotenkonun sözlərinə görə, bu il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsi  ərzaq təhlükəsizliyinin təminatı baxımından çox vacib məsələdir və müəssisələr arasında yeni sənədlərin imzalanması simvolik xarakter daşıyır və bu işlərin hıəyata keçirilməsində öz töhfəsini verəcəyinə inanıram.

Məlumat üçün bildiririk ki, tərəflər 2015-ci il üzrə müqavilə, uzunmüddətli tərəfdaşlıq haqqında strateji saziş və qarşılıqlı əməkdaşlıq haqqında 3 illik müqavilə imzalayıblar.

Gəncə Avtomobil Zavodu ilə “MTZ-Holdinq” arasında imzalanan sənədlər tədarük olunan məhsulların çeşidini və həcmini artıracaq.

Geriyə