Xəbərlər


KamAz-ın baş direktoru Seygey Koqoqin: "Gəncədə gördüklərim məni sözün yaxşı mənasında təəcübləndirdi"
07.02.15

“Mən sonuncu dəfə Gəncə haqqında 10 il bundan əvvəl eşitmişəm. Mən elə hesab edirdim ki, zavod hələ tam qurulmayıb və sözün düzü burada Kamaz-ın istehsal xəttinin işə salınacağına bir az şübhə ilə yanaşırdım. Lakin Gəncə avtomobil zavodunda gördüklərim məni sözün yaxşı mənasında təəcübləndirdi. Burada çox böyük işlər görülüb. Müəssisə texnoloji parametrlər baxımından avtomobil istehsalına hazırdır. Zavodun 500-ə yaxın əməkdaşının olması, onların yığım təcrübəsi Gəncədə Kamaz-ın yığılmasına imkan verir”. Bu sözləri şənbə günü Gəncədə rəsmi səfərdə olan KamAz Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Seygey Koqoqin deyib.

Gəncə avtomobil zavodu İstehsalat Birliyinin mətbuat xidmətinin veridiyi məlumata görə müəssisədə olan Seygey Koqoqin görülən işləri müsbət qiymətləndirib və qeyd edib ki, zavod artıq yetərincə yük avtomobillərinin yığım təcrübəsinə malikdir:

“Gəncə avtomobil zavodu ilə artıq lisenziya müqaviləsini imzalamışıq. Mənim Azərbaycana gəlişimin məqsədi hər şeyi yerində görmək və müzakirə etmək idi. Biz arxayın olmaq istəyirdik ki, tərəfdaşlarımızin Kamaz istehsal etmək istəyi ilə bərabər həm də imkanları və şəraitləri var. Bizim üçün Kamaz brendi çox önəmlidir. Gəncədə yığılacaq Kamaz avtomobillərinin keyfiyyəti əsas konveyerdəkilərdən fərqlənməməlidir. Buna görə də biz istənilən formada yerli əməkdalara lazımi köməklik edəcəyik. Lazım gələrsə bizim mütəxəssislər bir müddət Gəncəyə ezam olunacaqlar və onlar da yerlərdə həmkarlarının ixtisaslarının artırılmasında yardımçı olacaqlar”.

Sergey Koqoqin həmçinin vurğulayıb ki, gələcəkdə Gəncədə yığılan texnikaların ölkə hüdudlarından kənarda satılması da həyata keçirilə bilər. Azərbaycanın Asiya ilə yaxınlığı bu layihənin reallaçdırılmasında böyük pay sahibidir. 



Geriyə