Xəbərlər


İlin sonunadək “Gəncə Avtomobil Zavodu” İB-də daha 300 traktor istehsal olunacaq.
07.11.14

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 2014-cü ilin sonuna kimi 300 ədəd müxtəlif modifikasiyalı Belarus markalı traktorların istehsalı planlaşdırılmışdır. Bu barədə məlumatı müəssisənin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, bu müddətdə 300 ədəd traktor üçün kotanlar, 70 ədəd MAZ markalı avtomobillərin yığılması nəzərdə tutulur. İstehsal olunan traktor və kotanlar dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə veriləcək.

Hazırda zavodda traktorların bazasında ekskavatorlar, qar təmizləyənlər, asfalt doğrayan və yol təmizləyən maşınlar, traktor üçün qoşqular və istənilən növ asma avadanlıqları istehsal edilir. MAZ markalı avtomobillərinin bazasında yanacaq və su daşıyan maşınlar, yükü özüboşaldan, dartıcı avtomobillər, assenizasiya maşınları, təmir emalatxanaları və kommunal maşınları istehsal edilir.

Bu günədək “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 5160 traktor istehsal olunub ki, onlardan 4631-i dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə təhvil verilib. 



Geriyə