Xəbərlər


Gəncə avtomobil zavodunun kənd təsərrüfatı texnikası istifadəçilərinin monitorinqi keçiriləcək.
25.06.14

Gəncə avtomobil zavodunun Servis İdarəsi bazasında xüsusi monitorinq qrupu yaradılıb. Qrupa zavodun, Minsk traktor zavodunun, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin və "Aqrolizinq" ASC-nin (dövlər lizinq şirkəti) mütəxəssisləri daxildirlər. Bu barədə yerli mətbuata müsahibəsində "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.

Cənab Fətiyevin sözlərinə görə, qrupun yaradılmasında məqsəd texnikadan istifadənin səmərəliliyinin artırılması üçün Gəncə avtomobil zavodunda istehsal olunan traktorların və kənd təsərrüfatı texnikası istifadəçilərinin monitorinqi və maarifləndirilməsidir.

X.Fətiyev qeyd edib ki, monitorinq ölkənin hər bir rayonunda keçiriləcək.



Geriyə