Xəbərlər


Kənd Təsərrüfatı Naziri Tovuzda Gəncə avtomobil zavodunda yığılmış traktorlara baxış keçirib.
26.05.14

2014-cü ilin may ayının 7-də kənd təsərrüfatı naziri Heydər Əsədov "Aqrolizinq" ASC-nin Tovuz "Aqroservis" filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış "Belarus" tipli 125 traktora baxış keçirib. H.Əsədov əvvəlcə filialda yaradılmış şəraitlə tanış olub. Sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edən nazir Heydər Əsədov dövlət başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

Diqqətə çatdırılıb ki, Tovuz "Aqroservis" filialına gətirilmiş 125 ədəd traktordan 43-ü fermer və sahibkarlara lizinq yolu ilə verilir.

Gəncə avtomobil zavodu İB ABŞ-ın AGCO şirkəti ilə birgə traktor istehsalına başlaya bilər.

Gəncə avtomobil zavodu və dünyanın aparıcı kənd təsərrüfatı texnikasının istehsalçılarından biri olan ABŞ-ın AGCO şirkəti Azərbaycanda 4 traktor brendinin birgə buraxılışı məsələsi üzrə danışıqlar aparır. Bu barədə Gəncə avtomobil zavodu direktorunun marketinq və servis üzrə müavini Konstantin Barabanov ölkə KİV-lərindən birinə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, söhbət "Challenger", "Fendt", "Massey Ferguson" və "Valtra" brendlərindən gedir: "AGCO kənd təsərrüfatı texnikasının və ehtiyat hissələrinin yüksək beynəlxalq standartlara uyğun istehsalı sahəsində hamı tərəfindən tanınan liderdir. Hazırda bu şirkət ilə Azərbaycanda istehsalın təşkil edilməsi imkanları üzrə danışıqlar aparılır".

Barabanov qeyd edib ki, Gəncə avtomobil zavodu keyfiyyətə, innovasiyalara və istehlakçıların artan tələbatının təmin edilməsinə böyük diqqət ayırır. Bununla yanaşı, müəssisə bütün respublika ərazisində servis mərkəzlərinin şaxələnmiş şəbəkəsinə malikdir. Öz növbəsində, müasir avadanlıq və texnikanın tətbiqi kənd təsərrüfatının inkişafına və istehlakçıların lazımi kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına müsbət təsir edir.

 

2014-cü ilin may ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 95 traktor istifadəyə verilib.Bu ilin may ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 95 ədəd “Belarus” markalı traktor yığılıb. Bu traktorlar müxtəlif modifikasiyalı olmaqla ayrı-ayrı funksiyaları yerinə yetirə bilən kənd təsərrüfatı texnikası olaraq dövlət sifarişi əsasında Aqrolizinq ASC-yə təhvil verilib. Bu müddətdə 20ədəd xüsusi təyinatlı “MAZ” avtomobili, 63 ədəd asma avadanlıqları yığılaraq istifadəyə verilib.



Geriyə