Xəbərlər


Gəncə Avtomobil Zavodu İB və Almaniyanın "Kirchhoff group" şirkəti birgə əməkdaşlıqla bağlı razılığa gəldi.
18.02.14

Cənab Fətiyevin sözlərinə görə, razılaşma "Kirchhoff group"un baş icraçı direktoru Yohannes Kirhoffun və "FAUN Expotec GmbH" şirkətinin idarəedici direktoru Tim Kolletin Azərbaycana səfərinin yekunları üzrə əldə olunub. Almaniya şirkətlərinin rəhbərliyi Gəncə Avtomobil Zavodunun işi və müəssisənin inkişaf perspektivləri ilə tanış olublar.

X.Fətiyev qeyd edib ki, bu məqsədlə xüsusi qrup yaradılıb. Razılığa görə həmçinin "MAZ" avtomobilləri bazasında yığılan "Haller"in ("Kirchhoff group"a daxildir) kommunal və xüsusi texnikasının region ölkələrinə ixracının təşkili nəzərdə tutulur. Birliyin Müşahidə Şurasının sədri onu da əlavə edib ki, yaxın illərdə Gəncədə texnika istehsalının lokallaşdırılması əhəmiyyətli dərəcədə (60-70 faizədək) genişləndiriləcək.

2014-cü ilin yanvar-fevral aylarında “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 215 traktor istifadəyə verilib.Bu ilin ilk 2 ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində ümumilikdə 215 ədəd müxtəlif modifikasiyalı “Belarus” markalı traktor istifadəyə verilib. Bu müddətdə 91 ədəd xüsusi təyinatlı “MAZ” avtomobili yığılıb. Hesabat dövründə 343 ədəd asma avadanlıqları istehsal olunub. 



Geriyə