Xəbərlər


Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşko Gəncə Avtomobil zavodunun (GAZ) servis idarəsinə baş çəkib.
28.12.13

2013- cü il noyabr ayının 12-də Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşko Gəncə Avtomobil zavodunun (GAZ) servis idarəsində olub cə müəssisədə istehsal edilən avtomobillərlə tanış olub.

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev qonağa Azərbaycanda yığılan traktor və yük avtomobillərini nümayiş etdirib.

Məlumata görə, Belarus Baş nazirinin birinci müavini GAZ-ın gördüyü işi yüksək qiymətləndirib və məhsuldar əməkdaşlığın genişləndirilməsində əmin olduğunu ifadə edib.

Görüşdə, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç də iştirak edib.

Qeyd edək ki, GAZ Azərbaycanda ildə min yük maşını və 2 minədək traktor yığmaq gücündədir.

2013-cü ilin noyabr- dekabr ayları ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 211 traktor istifadəyə verilib.Bu ilin son 2 ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində ümumilikdə 211 ədəd “Belarus” markalı traktor istifadəyə verilib. Bu traktorlar müxtəlif modifikasiyalı olmaqla ayrı-ayrı funksiyaları yerinə yetirə bilən kənd təsərrüfatı texnikası olaraq 195-i dövlət sifarişi əsasında Aqrolizinq ASC-yə, 16 isə fərdi qaydada satılıb. Bu müddətdə 36 ədəd “MAZ” avtomobili yığılıb.

Hesabat dövründə 46 ədəd traktor qoşqusu istifadəyə verilib.

Geriyə