Xəbərlər


2013-cü ilin 7 ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 415 traktor istifadəyə verilib.
18.08.13

Bu ilin 7 ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində ümumilikdə 415 ədəd “Belarus” markalı traktor istifadəyə verilib. Bu texnikanın 361-i dövlət sifarişi əsasında Aqrolizinq ASC-yə, 54 isə fərdi qaydada satılıb. Bu müddətdə 142 ədəd “MAZ” avtomobili yığılıb.

Hesabat dövründə 19 ədəd traktor qoşqusu istifadəyə verilib. Bu ilin 7 ayı ərzində müəssisədə 491 ədəd 4 və 5 gövdəli kotan istehsal olunub ki, bunlardan da 486-sı Aqrolizinq ASC-nə, 5 isə fərdi qaydada satılıb.

"Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri mükafatlandırılıb.

"Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev Azərbaycan-Belarus münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Belarus Nazirlər Şurasının fəxri fərmanı ilə mükafatlandırılıb.

Fəxri fərman Bakıda Belarusun Müstəqillik Gününün qeyd edilməsi çərçivəsində Milli Məclisin deputatı Xanlar Fətiyevə təqdim edilib.

Geriyə