Xəbərlər

"Gəncə Avtomobil Zavodu" İB uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq müqaviləsi imazaladı.
11.02.15
"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) və Minsk Traktor Zavodunun bazasında yaradılan “MTZ-Holdinq” arasında uzunmüddətli tərəfdaşlıq haqqında strateji saziş və qarşılıqlı əməkdaşlıq müqaviləsi imazalanıb. Bu barədə məlumatı "Gəncə Avtomobil Zavodu" İB-nın mətbuat xidməti yayıb. Verilən məlumata görə Belarusun Azərbaycandakı səfirliyində keçirilən mərasımdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinə və üçüncü ölkələrin bazarlarına çıxmağa imkan verən 3 sənəd imzalanıb. Sənədləri "Gəncə Avtomobil Zavodu" İB-nin direktoru Kamran Nəzərov və “MTZ-Holdinq”in baş direktoru Fyodor Domotenko imzalayıblar.
Davamı


KamAz-ın baş direktoru Seygey Koqoqin: "Gəncədə gördüklərim məni sözün yaxşı mənasında təəcübləndirdi"
07.02.15

“Mən sonuncu dəfə Gəncə haqqında 10 il bundan əvvəl eşitmişəm. Mən elə hesab edirdim ki, zavod hələ tam qurulmayıb və sözün düzü burada Kamaz-ın istehsal xəttinin işə salınacağına bir az şübhə ilə yanaşırdım. Lakin Gəncə avtomobil zavodunda gördüklərim məni sözün yaxşı mənasında təəcübləndirdi. Burada çox böyük işlər görülüb. Müəssisə texnoloji parametrlər baxımından avtomobil istehsalına hazırdır. Zavodun 500-ə yaxın əməkdaşının olması, onların yığım təcrübəsi Gəncədə Kamaz-ın yığılmasına imkan verir”. Bu sözləri şənbə günü Gəncədə rəsmi səfərdə olan KamAz Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Seygey Koqoqin deyib. 


Davamı


"KamAz"-ın baş direktoru və nümayəndə heyəti Gəncə avtomobil Zavodunda oldu.
06.02.15
Rusiyanın ən böyük avtomobil şirkətlərindən olan "KamAz"-ın baş direktoru və onu müşayət edən nümayəndələr  Gəncə Avtomobil Zavodu İB-də olublar. Bu barədə məlumatı müəssisənin mətbuat xidmətindən veriblər. Qeyd olunduğuna görə "KamAz"-ın baş direktoru Sergey Anatoliyeviç Koqoqin, “KamAZ” Xarici Ticarət Şirkəti” QSC-nin baş direktorunun müavini Vasili Tsıqanov və “KamAZ” Xarici Ticarət Şirkəti” QSC-nin yığım layihələri üzrə direktor Uşakov Sergey Serafimoviç  Gəncəyə səfər etmiş, bağlanmış ikitərəfli lisenziya müqaviləsinin şərtlərinə uyğun olaraq müəssisəyə baxış keçiriblər. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin (İB) Müşahidə Şurasının sədri Xanlar Fətiyev və birliyin direktoru Kamran Nəzərov qonaqlarla birgə traktor və yük avtomobillərinin yığım xəttləri, eləcə də qaynaq və mexaniki sexdə olmuş, burada aparılan işlərlə yaxından maraqlanmışlar. Qonaqlar gələcəkdə Kamaz avtomobillərinin yığılması üçün nəzərdə tutulan yığım xəttinin yeri və görüləcək işlər barədə müzakirələr apardılar.
Davamı


Memorandum imzalandı
03.02.15
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) və “Minsk Avtomobil Zavodu” ASC (MAZ) istehsalat, satış, servis mərkəzlərinin açılması və məhsulların üçüncü ölkələrin bazarlarına çıxışı sahəsində əməkdaşlığın inkişafı haqqında memorandum imzalayıblar.
Davamı


Kiçikdən böyüyə doğru addım addım irəli
19.12.14
Əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan Gəncə avtomobil zavodunun tikintisinə 1986-cı ildə başlanıb. Lakin Sovetlər Birliyinin Kommunist Partiyasının Mərkəzi Bürosunun qərarı o vaxtkı Ermənistan rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanıb. Ermənistan rəhbərliyi layihəni məhz Ermənistan ərazisində reallaşmasına böyük səylər göstərib. Və yalnız Heydər Əliyevin nüfuzu və möhkəm iradəsi nəticəsində avtomobil zavodunun təməli Azərbaycanda, Gəncədə qoyulur. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı, 1990-cı ilin əvvəllindən isə artıq 1,5 tonluq yük avtomobillərin istehsalına başlanmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun 
Davamı


Gəncə Avtomobil zavodu yenidən fəaliyyətə başlamasının 10 illiyini qeyd etdi.
10.12.14
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində müəssisənin yenidən fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyev, Gəncə şəhər İcra hakimiyyəti Başçısı Elmar Vəliyev, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə acan Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyev əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan zavodun sonradan cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yenidən fəaliyyətə başladığı 2004-cü ili yada saldı.
Davamı


Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Avtomobil Zavodu işçilərini təltif etdi.
21.11.14

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Avtomobil Zavodu işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Məmmədov Həmzə Hüseyn oğlu
Məmmədov Vahid Firuddin oğlu
Muradov Zahid Bəhrəm oğlu.

Dövlət başçısının digər sərəncamı ilə səmərəli fəaliyyətinə görə Fəxrəddin Muradəli oğlu Süleymanova “Əməkdar mühəndis” fəxri adı verilib.


Davamı


“Gəncə avtomobil zavodu” İB-nin 10 illik yubileyi münasibətilə jurnalist müsabiqəsi elan edir.
13.11.14

“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi fəaliyyətinin 10 illik yubileyi münasibətilə Azərbaycan kütləvi informasiya vasitələrində çalışan jurnalistlər arasında müsabiqə elan edir.

Trend-in məlumatına görə, müsabiqəyə təqdim olunacaq yazılar və süjetlər üçün “Gəncə avtomobil zavodu” İB-nin inkişaf tarixi, müəssisənin 10 illik fəaliyyətinin peşəkar araşdırılması, imzalanmış müqavilələr və əməkdaşlıqlar əsas istiqamət kimi müəyyənləşdirilib.


Davamı


İlin sonunadək “Gəncə Avtomobil Zavodu” İB-də daha 300 traktor istehsal olunacaq.
07.11.14

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 2014-cü ilin sonuna kimi 300 ədəd müxtəlif modifikasiyalı Belarus markalı traktorların istehsalı planlaşdırılmışdır. Bu barədə məlumatı müəssisənin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, bu müddətdə 300 ədəd traktor üçün kotanlar, 70 ədəd MAZ markalı avtomobillərin yığılması nəzərdə tutulur. İstehsal olunan traktor və kotanlar dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə veriləcək.

Hazırda zavodda traktorların bazasında ekskavatorlar, qar təmizləyənlər, asfalt doğrayan və yol təmizləyən maşınlar, traktor üçün qoşqular və istənilən növ asma avadanlıqları istehsal edilir. MAZ markalı avtomobillərinin bazasında yanacaq və su daşıyan maşınlar, yükü özüboşaldan, dartıcı avtomobillər, assenizasiya maşınları, təmir emalatxanaları və kommunal maşınları istehsal edilir.

Bu günədək “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 5160 traktor istehsal olunub ki, onlardan 4631-i dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə təhvil verilib. 


Davamı


Gəncə avtomobil zavodunun kənd təsərrüfatı texnikası istifadəçilərinin monitorinqi keçiriləcək.
25.06.14

Gəncə avtomobil zavodunun Servis İdarəsi bazasında xüsusi monitorinq qrupu yaradılıb. Qrupa zavodun, Minsk traktor zavodunun, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin və "Aqrolizinq" ASC-nin (dövlər lizinq şirkəti) mütəxəssisləri daxildirlər. Bu barədə yerli mətbuata müsahibəsində "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.

Cənab Fətiyevin sözlərinə görə, qrupun yaradılmasında məqsəd texnikadan istifadənin səmərəliliyinin artırılması üçün Gəncə avtomobil zavodunda istehsal olunan traktorların və kənd təsərrüfatı texnikası istifadəçilərinin monitorinqi və maarifləndirilməsidir.

X.Fətiyev qeyd edib ki, monitorinq ölkənin hər bir rayonunda keçiriləcək.


Davamı


1 2 3 4 5 ...   >  >>