Xəbərlər

Gəncə avtomobil zavodunun Minsk traktor və avtomobil zavodları ilə əməkdaşlığı 2009- cu ildə də davam edəcək.
10.01.08
Gəncə avtomobil zavodunun Minsk traktor və avtomobil zavodları ilə əməkdaşlığı 2009- cu ildə də davam edəcək. Yeni bağlanmış müqaviləyə əsasən bu il Gəncə avtomobil zavodunda 570 ədəd müxtəlif markalı “Belarus” traktoru istehsal ediləcək. Bu ildə 450 ədəd müxtəlif modeldə MAZ avtomobillərin istehsalı da nəzərdə tutulub. 
Davamı


Gəncə avtomobil zavodunda 2008-ci ildə müxtəlif modeldə 481 ədəd “Belarus” traktoru, 70 ədəd MAZ 642508 yük avtomobili, 8 ədəd özüboşaldan traktor qoşqusu, 4 ədəd MUP 351 yükləyici maşın və 2 ədəd DEM-144 ekskavatoru istehsal edilib.
29.12.08
Gəncə avtomobil zavodunda 2008-ci ildə müxtəlif modeldə 481 ədəd “Belarus” traktoru, 70 ədəd MAZ 642508 yük avtomobili, 8 ədəd özüboşaldan traktor qoşqusu, 4 ədəd MUP 351 yükləyici maşın və 2 ədəd DEM-144 ekskavatoru istehsal edilib.Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev zavodda ilin yekunları ilə bağlı keçirilən iclasda 2008-ci ili müəssisə üçün uğurlu il adlandırıb.İstehsal edilən traktorlardan 430 ədədi müqaviləyə əsasən “Aqrolizinq” ASC təhvil verilib, qalan traktorlar isə özəl şirkətlər tərəfindən alınıb. Diqər dövlət sıfarişi ilə avtozavodda 70 ədəd MAZ 642508 avtomobili buraxılıb və onu da bildirim ki, həmin avtomobillər 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin 85 illiyi ilə bağlı keçirilən hərbi keçiddə nümayiş olunub.
Davamı


Noyabr ayında Gəncə avtomobil zavodunda 41 ədəd “Belarus” traktoru istehsal edilib.
28.11.08
Noyabr ayında Gəncə avtomobil zavodunda 41 ədəd “Belarus” traktoru istehsal edilib. Bundan 29 ədəd “Belarus 892”, 3 əd. “Belarus 1221”, 9 əd. isə “Belarus 82.1” traktor modelidi.
Davamı


Gəncə avtomobil zavodunda yeni yaradılmış Qaynaq - yığım sexi fəaliyyətə başlayıb.
14.11.08
Gəncə avtomobil zavodunda  yeni yaradılmış Qaynaq - yığım sexi fəaliyyətə başlayıb. Burada Türkiyədən gətirilən komplektləşdiricilərin əsasında yükgötürmə qabiliyyəti 6 ton olan qoşquların yığımı təşkil olunub.  Bununla belə, bildirək ki, bir sıra ehtiyyat hissələi yerli şəraitdə istehsal olunur.
Davamı


Gəncə avtomobil zavodu yaxın gələcəkdə Türkiyədə nümayəndəliyini yaradacaq.
13.11.08
Gəncə avtomobil zavodu yaxın gələcəkdə Türkiyədə nümayəndəliyini yaradacaq. Satış və marketinq idarəsinin apardığı araşdırmalar göstərib ki, Türkiyədə il ərzində 36000 traktor satılır. Bundan 8-9000 traktor Türkiyədə istehsal olunur, qalan traktorlar isə xaricdən gətirilir.
Davamı


Sentyabr ayında Gəncə avtomobil zavodunda 67 “Belarus” traktoru və 1 ədəd ekskavator DEM-114 istehsal olunub.
02.10.08
Sentyabr ayında Gəncə avtomobil zavodunda 67 “Belarus” traktoru və 1 ədəd ekskavator DEM-114 istehsal olunub. Movcud olan müqaviləyə əsasən 60 ədəd “Belarus 892” və “Belarus 82.1” traktoru “Aqrolizinq” ASC təhvil verilib.
Davamı


Bu gün Gəncə avtomobil zavodu ölkənin kənd təsərrüfatina müəyyən qədər öz töhfəsini verir.
07.08.08

Bu gün Gəncə avtomobil zavodu ölkənin kənd təsərrüfatina müəyyən qədər öz töhfəsini verir. Bunu avqustun 5-də, ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkışafının yekunlarına həsr olunmuş iclasda dövlət başçısı İlham Əliyev də xüsusi vurğulayıb. Sitat: “Cəmi 1 il ərzində taxıl istehsalı 480 min ton artıbdır. Nəyin hesabına? Ona görə ki...Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına başlanmışdır və artıq Gəncədə traktorlar istehsal olunur...Bu gün Azərbaycan iqtisadiyyatı üçün lazım olan avadanlıqlar Azərbaycanda istehsal olunur”.


Davamı


Yaxın 3-4 aya Gəncə avtomobil zavodunun bazasında Minsk traktor zavodu ilə birgə yeni müəssisə yaradılacaq. Azərbaycan – Belarus birgə müəssisəsi üçüncü ölkələr üçün traktorların istehsalı ilə məşqul olacaq.
15.04.08
Yaxın 3-4 aya Gəncə avtomobil zavodunun bazasında Minsk traktor zavodu ilə birgə yeni müəssisə yaradılacaq. Azərbaycan – Belarus birgə müəssisəsi üçüncü ölkələr üçün traktorların istehsalı ilə məşqul olacaq. Bunu Gəncədə səfərdə olan Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.
Davamı


Mart ayında Gəncə avtomobil zavodunda 42 ədəd “Belarus 82.1” model traktor istehsal edilib.
31.03.08
Mart ayında Gəncə avtomobil zavodunda 42 ədəd “Belarus 82.1” model traktor istehsal edilib. Qeyd edək ki, buraxılan texnika dövlət sifarişidir ve “Aqrolizinq” ASC-nə təhvil verilib.
Davamı


Gəncə avtomobil zavodunun bazasında azərbaycan-belarus birgə müəssisəsi təsis olunacaq.
18.03.08

Gəncə avtomobil zavodunun bazasında azərbaycan-belarus birgə müəssisəsi təsis olunacaq. Yaradılacaq birgə müəssisə traktorların yığımı və komplektləşdiricilərin istehsalı ilə, həmçinin servis xidməti, satış və marketinqlə məşqul olacaq.


Davamı


<<  <  2 3 4 5 6 7 8  >  >>