Xəbərlər

Gəncə Avtomobil Zavodu və Almaniyanın "Haller" şirkəti kommunal texnika istehsalı üzrə müqavilə imzalayıb.
Gəncə Avtomobil Zavodu və Almaniyanın "Haller" şirkəti MAZ avtomobili bazasında kommunal texnika istehsalına dair uzunmuddəti əməkdaşlıq haqqında müqavilə imzalayıb.

11.04.10
Gəncə Avtomobil Zavodu və Almaniyanın "Haller" şirkəti MAZ avtomobili bazasında kommunal texnika istehsalına dair uzunmuddəti əməkdaşlıq haqqında müqavilə imzalayıb. 10 il müddətinə nəzərdə tutulmuş müqaviləyə əsasən, Gəncə Avtomobil Zavodunda "Haller" şirkətindən alınacaq ehtiyat hissələri hesabına MAZ avtomobillərinin bazasında məişət tullantılarını təmizləyəcək avtomobillər yığılacaq. Texnikaların tutumu 16 və 22 kubdur.İlkin mərhələdə 100-150 avtomobilin yığımı nəzərdə tutulur. Kommunal texnikaların təkcə Azərbaycan bazarında deyil, həmçinin Türkiyə və Gürcüstanda da satılacağı nəzərdə tutulub.
Davamı


Gəncə avtomobil zavodu kommunal texnika istehsal edəcək
Gəncə avtomobil zavodu və Almaniyanın "Haller" şirkəti Azərbaycanda yığılan MAZ avtomobilinin bazasında kommunal texnika istehsal etməyə dair niyyət protokolu imzalayıblar.

15.03.10
Gəncə avtomobil zavodu və Almaniyanın "Haller" şirkəti Azərbaycanda yığılan MAZ avtomobilinin bazasında kommunal texnika istehsal etməyə dair niyyət protokolu imzalayıblar. Martın 14-də Almaniya şirkətinin nümayəndələri istehsala hazırlıq üçün Azərbaycana gələcəklər. Almaniyanın "Haller" şirkəti kommunal texnika, xüsusən də zibiltəmizləyən avtomobillərin istehsalı üzrə liderdir. Şirkət 1871-ci ildə yaradılıb.
Davamı


Gəncə Avtomobil Zavodu bu il üçün planlarını açıqladı.
Gəncə Avtomobil Zavodunda 2010-cu ildə 500 ədəd «MAZ» markalı yük avtomobili, 500 traktor və 150 ədəd kommunal xidmət təyinatlı maşınların istehsalı nəzərdə tutulub.

10.02.10
Gəncə Avtomobil Zavodunda 2010-cu ildə 500 ədəd «MAZ» markalı yük avtomobili, 500 traktor və 150 ədəd kommunal xidmət təyinatlı maşınların istehsalı nəzərdə tutulub. Həmçinin müəssisənin istehsal edəcəyi avadanlıqlar sırasında 300 ədəd traktor qoşquları və avtokranların da yer alacağı gözlənilir.
Davamı


Gəncə Avtomobil Zavodunda avtokranlar yığılır.
Gəncə Avtomobil Zavodunda yeni avtokranların yığımına başlanılıb. Zavodda 25 ton yük qaldırma qabiliyyətinə malik yeni yığılan 6 avtokranın təqdimatı keçirilib. “Kəpəz” adlı avtokranların təqdimatında GAZ-ın rəhbərliyi ilə yanaşı

04.01.10
 Gəncə Avtomobil Zavodunda yeni avtokranların yığımına başlanılıb. Zavodda 25 ton yük qaldırma qabiliyyətinə malik yeni yığılan 6 avtokranın təqdimatı keçirilib. “Kəpəz” adlı avtokranların təqdimatında GAZ-ın rəhbərliyi ilə yanaşı, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç də iştirak edib. Səfir artıq 3 ildir ki, ölkəsinin GAZ-la əməkdaşlıq etdiyini bildirib: “Bu müddət ərzində biz çox uğurlu nəticələr əldə etmişik.
Davamı


Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirilib.
23.04.09
Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkə başçısı kənd təsərrüfatı sahəsində əldə olunmuş nailiyyətlər barədə söyləyib. Və burada prezident Gəncədə traktorların istehsal olunduğunu xüsusi vurğulayib. Sitat: “Biz son illər ərzində kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət göstərmişik və əməli-praktik tədbirlər də görülmüş, texnika alınmışdır. Bu gün texnika ilə problemlər yoxdur, təmin olunur. Hətta biz Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına başlamışıq. Qısa müddət ərzində Gəncədə traktor istehsalına başlamışıq...”
Davamı


Bu gün Gəncə avtomobil zavodunda konveyerdən düşən sayca 1000-ci traktorun təqdimat mərasimi keçirilib.
06.04.09
Bu gün Gəncə avtomobil zavodunda konveyerdən düşən sayca 1000-ci traktorun təqdimat mərasimi keçirilib. Bu hadisənin böyük əhəmiyyəti var. 2004-cü ildə “OKA” avtomobillərin yığımı ilə fəaliyyətə başlayan Gəncə avtomobil zavodu bu gün “Belarus” traktorları istehsal edir. 1000-ci traktorun istehsalı ilə bağlı keçirilən tədbirdə Belarusun Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Nikolay Patskeviç, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev, Nizami və Kəpəz rayon icra hakimiyyətləri başçıları və şəhər ictimayyəti iştirak edib.
Davamı


Bu ilin mart ayında Gəncə avtomobil zavodunda 102 ədəd traktor istehsal edilib.
29.03.09
Bu ilin mart ayında Gəncə avtomobil zavodunda 102 ədəd traktor istehsal edilib. Bundan 83 ədədi “Belarus 892”, 19 ədədi isə “Belarus 1221” model traktordu. Ümumilikdə müəssisədə son 3 ay ərzində 143 traktor ( 121 ədəd “Belarus 892”, 21–“Belarus 1221”, 1 ədəd isə “Belarus 82.1”) buraxılıb. Bunlardan 139 traktor kontrakta əsasən “Aqrolizinq” ASC təhvil verilib, qalanlar isə fərdi sifarişçilər tərəfindən alınıb.
Davamı


Fevralın 24-də Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib.
24.02.09
Fevralın 24-də Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib. Minsk vilayətinin qubernatoru Leonid Krupetsin ölkəmizə səfəri çərçivəsində keçırılən biznes forumda Belarusun maçınqayırma sənayesi, ət-süd məhsulları, yüngül sənaye, tikinti və digər sahələri təmsil edən  25-dən artıq müəssisəsə, Azərbaycan tərəfdən isə müvafiq sahələrdə fəaliyyər göstərən təqribən 40 sahibkar iştirak edib. Biznes forumda Gəncə avtomobil zavodu da iştirak edib.
Davamı


Bakıda “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlər Proqramının (2004-2008-ci illər) icarsının yekinlarına həsr olunmuş konfrans keçirilib.
24.02.09
Bakıda “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlər Proqramının (2004-2008-ci illər) icarsının yekinlarına həsr olunmuş konfrans keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı əvvəlcə foyedə açılmış və ötən 5 il ərzində bölgələrdə istifadəyə verilmiş, yerli şirkətlərə məxsus müəssisələrdə istehsal edilən müxtəlif növ məhsullardan ibarət sərgi ilə tanış olub, yerli şirkətlərin və qurumların stendlərunə baxıb.

Qeyd edək ki, konfransda Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev iştirak edib


Davamı


Gəncə avtomobil zavodu Azərbaycanda MAZ markalı avtomobillərin və digər texnikanın realizəsını həyata keçirmək üçün eksklüziv hüquqa malik olub.
16.02.09
Gəncə avtomobil zavodu Azərbaycanda MAZ markalı avtomobillərin və digər texnikanın realizəsını həyata keçirmək üçün eksklüziv hüquqa malik olub. Bundan sonra ölkə ərazisində MAZ avtomobillərinə olan tələbatı Gəncə avtomobil zavodu ödəyəcək. Bu barədə razılaşma Minsk avtomobil zavodunun nümayəndələrinin Gəncə avtomobil zavodunun rəhbərliyi ilə  görüşündə əldə olunub. Qeyd edək ki, bu təşəbbüslə Minsk avtomobil zavodunun rəhbərliyi çıxış edib. Azərbaycanda işgüzar səfərdə olan Minsk avtomobil zavodunun baş direktorunun Xarici iqtisadi əlaqələr üzrə müavini Vladimir Lüsikov və MDB ölkələri üzrə idarə rəisi Yuriy Simonenko Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyevə MAZın çox çeşidli məhsulunun Azərbaycanda yığılıb, realizəsini həyata keşirmək təklifi irəli surub.
Davamı


<<  <  1 2 3 4 5 6 7 8  >  >>