|
 | 2012-ci ilin fevral ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 186 ədəd 4 gövdəli kotan, 12 ədə isə 5 gövdəli kotan istehsal olunub. 19.03.12 Bundan başqa bu ay ərzində 112 ədəd “Belarus” markalı traktor, 16 ədəd “MAZ” avtomobili yığılıb. Fevral ayında 4 qartəmizləyən, 1 ESU markalı asfalt kəsən, ədəd DEM markalı ekskovator yığılaraq istifadəyə verilib. Davamı |
 | 2012-ci ildə “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 1650-ə yaxın nəqliyyat vasitəsinin istehsalı planlaşdırılır.
Müsəssisədə bu il dövlət sifarişi əsasında 650-ə yaxın “Belarus” markalı traktor və 1000-ə yaxın “MAZ” markalı avtomobillər istehsal ediləcək. 16.02.12 Bu il həmçinin məişət tullantılarının daşıması üçün nəzərdə tutulan monupulyatorlu avtomobillərin də istehsalı davam ediləcək. Məlumat üçün bildirək ki, ötən il Minsk Avtomobil Zavodu ilə bağlanan müqavilə əsasında birlikdə yeni yığım sexi istifadəyə verilib. Burada məişət tullantısının daşınması üçün nəzərdə tutulan 30 avtomobilin istehsalı nəzərdə tutulub və bu iş davam edir. Davamı |
 | Gəncə Avtomobil Zavodu İB-ndə YAP ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Yiğincaqda 3 məsələ - Gəncə Avtomobil Zavodu ərazi ilk təşkilatının hesabatı, ərazi idarə heyətinin sədri və müavinlərinin seçilməsi və YAP Gəncə təşkilatının 8-ci konfransına nümayəndələrin üzvlüyü müzakirə olunub. 13.09.11 Tədbirdə YAP-ın Azərbaycanda aparıcı siyasi qüvvəyə malik olduğu diqqətə çatdırılıb, bu siyasi qüvvənin meydana gəlməsində əməyi olan insanların rolu vurğulanıb. Bildirilib ki, “Yeni müstəqil Azərbaycan uğrunda” şüarını özünə rəhbər seçən partiya ümummilli lider Heydər Əliyevin siyasi məfkurəsi, əzmi, fədakarlığı ilə dövlətin ən aparıcı iqtidar partiyasına çevrildi. Heydər Əliyevin səyi ilə formalaşan və inkişaf edən partiya müxtəlif təbəqələri ətrafında cəmləşdirə bilib. YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov GAZ-ın ilk ərazi partiya təşkilatının gördüyü işləri qənaətbəxş hesab edib. Davamı |
 | Belarusun Baş naziri Mixail Myasnikoviç Gəncə avtomobil zavodunun fəaliyyətini müsbət qiymətləndirdi.
Belarusun Baş naziri Mixail Myasnikoviçi Gəncə şəhərinə səfəri çərçivəsində nəqliyyat naziri Ziya Məmmədov müşayiət edib. Hava limanında qonaqları, şəhər İcra Hakimiyyətinin rəhbərliyi və digər rəsmi şəxslər qarşılayıb. 20.07.11 Baş nazir Mixail Myasnikoviç səfərinə ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Diplomat abidə önünə gül dəstələri düzüb. Ardından Belarusdan olan nümayəndə heyəti dünya şöhrətli şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. Şeyxin qəbri üstünə gül dəstələri düzüb, xatirə kitabına ürək sözlərini yazıb. Davamı |
 | Gəncə Avtomobil Zavodu təkərli yedəkçilərin yığılmasına başlayacaq.
Gəncə avtomobil zavodu Minsk Təkərli Yedəkçilər Zavodu (MTYZ) ilə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ölkədə təkərli yedəkçilərin yığılmasına başlayacaq. 05.06.11 Əməkdaşlıq haqqında memorandumun imzalanması avtomobil zavodunun işçilərinin sayını min nəfərə qədər artırmağa imkan verir. Gəncə avtomobil zavodu ilə MTYZ arasında əməkdaşlıq haqqında memorandum Belarusun Baş naziri Mixail Myasnikoviçin zavoda səfəri zamanı imzalanıb. Davamı |
 | “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin “Marketinq və servis müəssisəsi” fəaliyyətə başladı. 2011-ci ilin aprel ayının 4-də Bakıda “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin “Marketinq və servis müəssisəsi”nin açılış mərasimi olub. 05.04.11 Tədbirdə “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyev və digər mötəbər qonaqlar iştirak edib. Qonaqlar tədbirdən sonra müəssisəyə baxış keçirib, burada görülən işlərlə yaxından tanış olublar. Davamı |
 | Bu il istehsal olunacaq texnikanın sayı açıqlandı. 07.03.11 Gəncə Avtomobil zavodu Azərbaycanda bu il ərzində 850 traktor və 700 yük avtomobili yığmağı planlaşdırır. Müəssisədə istehsal olunacaq 500 traktor müqavilə çərçivəsində "Aqrolizinq" ASC dövlət şirkətinə veriləcək. Qalan hissə isə bazarda satışa çıxarılacaq. Davamı |
 | “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinə çevrildi.
Birliyə “Gəncə avtomobil zavodu” (baş müəssisə), Marketinq və Servis Müəssisəsi və Xüsusi Konstruktor-Texnoloji bürosu daxildir Nazirlər Kabineti “Gəncə avtomobil zavodunun Nizamnaməsinin təsdiqi haqqında” qərara əlavə və dəyişiklik edib. 12.02.11 Davamı |
 | Gəncə Avtomobil Zavodu "Aqrolizinq" dövlət lizinq şirkəti ilə müqavilə imzaladı.
Gəncə Avtomobil Zavodu və "Aqrolizinq" dövlət lizinq şirkəti 500 ədəd traktor və bir o qədər də asma avadanlığın tədarükünə dair müqavilə imzalayıblar. Ötən il tərəflər arasında analoji sayda traktor və asma avadanlığın tədarükünə dair müqavilə imzalanıb. 18.01.11 Gəncə Avtomobil Zavodu və "Aqrolizinq" dövlət lizinq şirkəti 500 ədəd traktor və bir o qədər də asma avadanlığın tədarükünə dair müqavilə imzalayıblar. Ötən il tərəflər arasında analoji sayda traktor və asma avadanlığın tədarükünə dair müqavilə imzalanıb.Minsk avtomobil və traktor zavodlarının yük avtomobilləri və traktorlarının bütün hissələrinin yığılmasına və satışına dair saziş 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb. Gəncə zavodu ildə Azərbaycanda 1000-ə qədər yük maşını, 2000 ədəd traktor yığmaq iqtidarındadır. İndi zavodda "Belarus" traktorları yığılır. Davamı |
 | Belarus səfiri Gəncə Avtomobil Zavodunda olub
Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç sentyabrın 24-də Gəncə Avtomobil Zavodunda olub. Səfir zavodun ümumi fəaliyyəti ilə tanış olub. Burada diplomatın diqqətinə çatdırılıb ki, zavodda 2007-2009-cu illərdə cəmi 79 ədəd müxtəlif modeldə «MAZ» avtomobili yığılıbsa, 16.09.10 Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç sentyabrın 24-də Gəncə Avtomobil Zavodunda olub. Səfir zavodun ümumi fəaliyyəti ilə tanış olub. Burada diplomatın diqqətinə çatdırılıb ki, zavodda 2007-2009-cu illərdə cəmi 79 ədəd müxtəlif modeldə «MAZ» avtomobili yığılıbsa, 2010-cu ildə bu rəqəm 12 dəfə artıb. 2010-cu ilin ötən 9 ayının nəticələrinə görə, müəssisədə 325 ədəd Belarus traktoru, 477 ədəd «MAZ» avtomobili, 130 ədəd avtomobil qoşqusu, 70 ədəd MUP 351 kommunal maşını, 15 ədəd DEM 114 ekskavator, 12 ədəd «MAZ» avtokranı, 600 ədəd kənd təsərrüfatı texnikası üçün asma avadanlığı kotan, otbiçən və 20 ədəd traktor qoşqusu istehsal edilib. Davamı |
<< < 1 2 3 4 5 6 7 8 > >>
| |
|
|