Xəbərlər

Ölkə rəhbərimiz İlham Əliyev Gəncə şəhərinə növbəti dəfə səfər edib.
26.10.14

İlham Əliyev Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.

Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi dövlət başçısına müqəddəs Qurani-Kərim hədiyyə etdi. Dövlət başçısı və xanımı kompleksin eskiz layihələrinə baxdılar. Məlumat verildi ki, VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Prezident İlham Əliyev bu abidə-ziyarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. “İmamzadə”nin bərpası və təmiri üçün dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Prezidentin ehtiyat fondundan 9 milyon manat, bu ilin mayında isə daha 3 milyon manat vəsait ayrılıb. Dövlət başçısı burada görülən işlərlə şəxsən 2 dəfə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.


Davamı


2014-cü ilin avqust ayı ərzində “Gəncə avtomobil zavodu” İB-də 155 traktor istifadəyə verilib.
18.08.14
Bu ilin avqust ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 155 ədəd “Belarus” markalı traktor yığılıb. Bu traktorlar müxtəlif modifikasiyalı olmaqla ayrı-ayrı funksiyaları yerinə yetirə bilən kənd təsərrüfatı texnikası olaraq dövlət sifarişi əsasında Aqrolizinq ASC-yə təhvil verilib. Bu müddətdə 21 ədəd xüsusi təyinatlı “MAZ” avtomobili, 63 ədəd asma avadanlıqları yığılaraq istifadəyə verilib. 
Davamı


Kənd Təsərrüfatı Naziri Tovuzda Gəncə avtomobil zavodunda yığılmış traktorlara baxış keçirib.
26.05.14

2014-cü ilin may ayının 7-də kənd təsərrüfatı naziri Heydər Əsədov "Aqrolizinq" ASC-nin Tovuz "Aqroservis" filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış "Belarus" tipli 125 traktora baxış keçirib. H.Əsədov əvvəlcə filialda yaradılmış şəraitlə tanış olub. Sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edən nazir Heydər Əsədov dövlət başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.


Davamı


2014-cü ilin mart-aprel ayları ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 224 traktor istifadəyə verilib.
24.04.14

Aprel və may ayları ərzində  “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində ümumilikdə 224 ədəd “Belarus” markalı traktor istifadəyə verilib ki, bunlardan 142-i may ayının hesabat dövrünə təsadüf edir. Bu traktorlar müxtəlif modifikasiyalı olmaqla ayrı-ayrı funksiyaları yerinə yetirə bilən kənd təsərrüfatı texnikası olaraq əsasən dövlət sifarişi əsasında Aqrolizinq ASC-yə təhvil verilib. Bu müddətdə müəssisədə 15 ədəd “MAZ” avtomobili yığılıb.

Hesabat dövründə 163 ədəd asma avadanlıq istifadəyə verilib. 
Davamı


Gəncə Avtomobil Zavodu İB və Almaniyanın "Kirchhoff group" şirkəti birgə əməkdaşlıqla bağlı razılığa gəldi.
18.02.14

Gəncə Avtomobil Zavodu İB və Almaniyanın "Kirchhoff group"u arasında Azərbaycan müəssisəsində yığılan texnikanın üçüncü ölkələrə tədarükünə dair razılıq əldə olunub. Bu barədə ölkənın kütləvi informasiya vasitələrinə müsahibəsində "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.


Davamı


“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi 2013-cü ilə yekun vurdu.
30.12.13
Bu ilin ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində ümumilikdə 739 ədəd müxtəlif modelli “Belarus” markalı traktor istifadəyə verilib. Bu müddətdə 230 ədəd “MAZ” avtomobili yığılıb. Hesabat dövründə 22 ədəd traktor qoşqusu, 706 ədəd asma avadanlıq istifadəyə verilib. Bu müddətdə 24 MAZ-ın bazasında ümumi tutumu 22 kubametr olan Haller kommunal avadanlıqları quraşdırılan 24 avtomobil  yığılıraq istifadəyə verilib.  
Davamı


Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşko Gəncə Avtomobil zavodunun (GAZ) servis idarəsinə baş çəkib.
28.12.13

2013- cü il noyabr ayının 12-də Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşko Gəncə Avtomobil zavodunun (GAZ) servis idarəsində olub cə müəssisədə istehsal edilən avtomobillərlə tanış olub.

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev qonağa Azərbaycanda yığılan traktor və yük avtomobillərini nümayiş etdirib.

Məlumata görə, Belarus Baş nazirinin birinci müavini GAZ-ın gördüyü işi yüksək qiymətləndirib və məhsuldar əməkdaşlığın genişləndirilməsində əmin olduğunu ifadə edib.

Görüşdə, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç də iştirak edib.

Qeyd edək ki, GAZ Azərbaycanda ildə min yük maşını və 2 minədək traktor yığmaq gücündədir.

2013-cü ilin noyabr- dekabr ayları ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 211 traktor istifadəyə verilib.Bu ilin son 2 ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində ümumilikdə 211 ədəd “Belarus” markalı traktor istifadəyə verilib. 


Davamı


Avqust-oktyabr ayları ərzində “Gəncə avtomobil zavodu” İB-da 11 ədəd MAZ-ın bazasında ümumi tutumu 22 kubametr olan Haller kommunal avadanlıqları quraşdırılan avtomobillər yığılıb .
24.10.13

Bu ilin avqust-oktyabr ayları ərzində  “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində ümumilikdə müxtəlif modifikasiyalı 113 ədəd “Belarus” markalı traktor istifadəyə verilib. Bu müddətdə 52 ədəd “MAZ” avtomobili yığılıb.


Davamı


2013-cü ilin 7 ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində 415 traktor istifadəyə verilib.
18.08.13

Bu ilin 7 ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində ümumilikdə 415 ədəd “Belarus” markalı traktor istifadəyə verilib. Bu texnikanın 361-i dövlət sifarişi əsasında Aqrolizinq ASC-yə, 54 isə fərdi qaydada satılıb. Bu müddətdə 142 ədəd “MAZ” avtomobili yığılıb. 


Davamı


Aprel-may aylarında traktor və avtomobillərin yığımı davam edib.
24.05.13

2013 –cü ilin aprel-may aylarında “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində müxtəlif modifikasiyalı 216 ədəd “Belarus” markalı traktor istifadəyə verilib. Bu müddətdə 11 ədəd “MAZ” avtomobili, traktor qoşquları və asma avadanlıqlar yığılaraq istıfadəyə verilib.  


Davamı


<<  <  1 2 3 4 5 6 ...   >  >>